Gəncədə bıçaqlanma olub.
NOCOMMENT.az-ın qərb bürosunun məlumatına görə hadisə şəhərin Sevinc qəsəbəsində qeydə alınıb. Belə ki 1987-ci il təvəllüdlü Araz Tağıyev və 1960-cı il ərzində Faiq Abbasov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal hər iki şəxs əməliyyat edilib,vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə onlar küçədə bıçaqlanıblar.
Hadisənin baş vermə səbəbləri araşdırılır.













