Gəncədə iki qardaş bıçaqlandıbackend

Gəncədə iki qardaş bıçaqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

1990-cı il təvəllüdlü Vüsal Rəhimov sol budun, qardaşı, 1992-ci il təvəllüdlü Anar Rəhimov isə qolun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal hər iki xəstənin yaraları tikilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, qardaşları Göygöl rayonun Murovdağ qəsəbə sakini, 1994-cü il təvəllüdlü Əliyev Mərhəmət Rəhim oğlu bıçaqlayıb.

M.Əliyev qardaşlar tərəfindən döyüldüyü üçün onları bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.
APA