Gəncədə məktəbli itkin düşüb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Gəncə şəhər sakini 2011-ci il təvəllüdlü Elşan Alıməmmədov ötən gün evdən hazırlıq kursuna getmək adı ilə çıxıb, bundan sonra ondan xəbər olmayıb.
Qeyd edək ki, E.Alıməmmədov Gəncə şəhər M.Hadi adına 10 nömrəli məktəbin 9-cu sinif şagirdidir. Hazırda məktəblinin tapılması istiqamətində polis tərəfindən axtarışlar davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupundan APA-ya bildirilib ki, hazırda şəxsin yerinin müəyən olunaraq ailəsinə təhvil verilməsi istiqamətində müvafiq tədbirlər keçirilir. Tədbirlərin nəticəsi barədə əlavə məlumat veriləcək. Şəxsi görən şəxslərdən 102 zəng mərkəzinə və yaxud da ərazi üzrə polis orqanlarına müraciət etmələri xahiş olunur.