Gəncədə yol qəzası olub.
NOCOMMENT.az-ın Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Əli Nəzmi küçəsində qeydə alınıb.
Belə ki, hərəkətdə motsiklet idarəetmədən çıxıb və yolun kənarına aşıb. Qəza zamanı motosiklet sürücüsü 2005-ci il təvəllüdlü Kərim Tanrıverdiyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.













