Gəncədə ölümlə nəticələnən yol qəzasının təfərrüatları bəlli olubbackend

Gəncədə ölümlə nəticələnən yol qəzasının təfərrüatları bəlli olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

NOCOMMENT report-a istinadən xəbər verir ki, Gəncə şəhər ərazisində “Mercedes” markalı avtomobil öncə piyadanı vurub, daha sonra idarəetmədən çıxaraq yol kənarındakı 2 minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində piyada – 1982-ci il təvəllüdlü Musayev Ramil Safəddin oğlu aldığı xəsarətdən dünyasını dəyişib. Hadisədə daha bir nəfər – 2001-ci il təvəllüdlü Məmmədov Hüseyn Elmar oğlu xəsarət alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.