Gəncədə qidadan zəhərlənən şəxslərin sayı artıb – YENİLƏNİBbackend

Gəncədə qidadan zəhərlənən şəxslərin sayı artıb – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə qidadan zəhərlənən şəxslərin sayı artıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, qida zəhərlənməsi diaqnozu ilə daha bir nəfər – 2001-ci il təvəllüdlü J.Tamirazova da xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, bundan əvvəl 1990-cü il təvəllüdlü N.Cabbarova, 2007-cı il təvəllüdlü N.Quliyeva, 1988-cü il təvəllüdlü X.Mehdiyeva və 5 yaşlı oğlan uşağı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

17:57

Gəncədə üç qadın və bir azyaşlı olan dörd nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, restoranların birində yedikləri qidadan (dönər olduğu ehtimal olunur) zəhərləndikləri bildirilir.

Zəhərlənən şəxslərin 1990-cü il təvəllüdlü N.Cabbarova, 2007-cı il təvəllüdlü N.Quliyeva, 1988-cü il təvəllüdlü X.Mehdiyeva və 5 yaşlı oğlan uşağı olduğu bildirilib.

Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək.