Gəncədə raket hücumu nəticəsində dağılan evlərin inşasına başlanıldıbackend

Gəncədə raket hücumu nəticəsində dağılan evlərin inşasına başlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü nəticəsində 2020-ci ilin sentyabrın 27-dən başlayaraq mülki insanların daşınmaz əmlakına dəymiş ziyanın aradan qaldırılmasına start verilib.

NOCOMMENT-in məlumatına görə, bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Gəncə şəhərinə atılan bir neçə raket nəticəsində dağılan evlərin inşası və bərpasına başlanılıb.

Hazırda şəhərin Samir Xasiyev və Muxtar Hacıyev küçələrində dağılan fərdi evlərin yerində tikinti işləri həyata keçirilir. Belə ki, ağır texnikalar vasitəsilə qismən dağılmış, yaşamaq üçün yararsız olan evlər tam sökülür. Ərazidə olan lazımsız materiallar yük maşınlarına doldurularaq daşınır və ərazi təmizlənir, yeni inşa edilən evlərin bünövrəsi hazırlanır.

Dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında şəhərin digər yerlərində də düşmənin raket zərbələri nəticəsində tam və qismən dağıdılmış evlərdə yenidənqurma və təmir işləri mərhələli şəkildə həyata keçiriləcək.