Gəncədə raket zərbəsinə məruz qalan ahıl qadın: Ev uçdu altında qaldıq.., – VİDEObackend

Gəncədə raket zərbəsinə məruz qalan ahıl qadın: Ev uçdu altında qaldıq.., – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düşmən növbəti dəfə Gəncə şəhərində dinc əhaliyə qarşı terror törədərək raket zərbələri endirib.

Bu dəqiqəyə olan məlumata görə, hadisə nəticəsində ümumilikdə 13 nəfər həlak olub, 48-dən çox mülki şəxs yaralanıb, 2 uşaq isə itkin düşüb.

Şəhərdə ötən gecə 20-yə qədər ev dağıdılıb.

NOCOMMENT xəbər verir ki, report-un çəkiliş heyəti hadisə baş verən yerlərdən silsilə reportajlarını davam etdirir.

Raket zərbəsi nəticəsində zərərçəkən ahıl qadın Tamam Hacıyeva bildirir ki, hadisə zamanı evdə özü, qızı, nəvəsi və 2-ci qrup əlil olan oğlu var idi:

“Yatdığımız vaxt ardıcıl partlayışlar oldu, birdən-birə ev uçdu altında qaldıq, hər tərəfi toz basdı. Pəncərəni açıb çıxmağa çalışdıq, amma nə qədər etdiksə, açılmadı, sonra evin digər tərəfinə yönəldik ki, bəlkə, ordan çıxa bilək. Ancaq o vaxta qədər hökumət nümayəndələri gəlib hamımızı ordan çıxartdılar. Torpağımız sağ olsun”.