Gəncədə silahlı şəxs saxlanıldıbackend

Gəncədə silahlı şəxs saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində silahlı şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan NOCOMMENT-ə verilən məlumata görə, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Tural Məcnuni Gəncə ŞBPİ-nin Cinayət Axtarışı İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd, atəşə yararlı, “Makarov” tipli tapança, 1 ədəd həmin tapançaya aid sandıqca və 4 ədəd patron aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya göndərilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstiq və Təhqiqat İdarəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.