Gəncədə sinif yoldaşını bıçaqlayan məktəbli saxlanılıb – TƏFƏRRÜATbackend

Gəncədə sinif yoldaşını bıçaqlayan məktəbli saxlanılıb – TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə sinif yoldaşını bıçaqlayan məktəbli qız saxlanılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş-leytenantı Eşqin Qasımov məlumat verib.

E.Qasımov deyib ki, sinif yoldaşını bıçaqlamaqda şübhəli bilinən məktəbli qızın yeri hadisədən 1 saat sonra müəyyən edilib.

DİN rəsmisinin sözlərinə görə, şagirdlər arasındakı münaqişə keçiriləcək tədbir səbəbindən olub: “Belə ki, bıçaqlanılan qız məktəb tərəfindən keçirilən tədbirə qatılacaqmış. Sinif yoldaşı həmin tədbirə özünün gedəcəyini bildirərək, onu bıçaqlayıb”.

Xəstəxanaya yerləşdirilən məktəblinin vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, iki gün əvvəl Gəncə şəhərində məktəbli qız sinif yoldaşı olan həmcinsinə bıçaqla xəsarət yetirib. Hadisə Gəncə şəhər Molla Pənah Vaqif adına 8 nömrəli tam orta məktəbdə qeydə alınıb.