Gəncədə yağan leysan yaşayış evlərini, həyətyanı sahələri su altında qoyubbackend

Gəncədə yağan leysan yaşayış evlərini, həyətyanı sahələri su altında qoyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə leysan yağış Gəncədə fəsadlar törədib.

NOCOMMENT-in APA-ya istinadən məlumatına görə, gecə saatlarından başlayan aramsız yağış nəticəsində şəhərin Gülüstan qəsəbəsində və digər yerlərdə yaşayış evlərini, həyatyani sahələri su basıb.

Yağışdan ziyan çəkmiş ərazilərə Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Niyazı Bayramov və müavinləri, həmçinin Kəpəz və Nizami rayon İcra hakimiyyətinin başçıları, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib. Əraziyə baxış keçrilib, yaranmış problemlərin aradan qaldırılması istiqamətində tapşırıqlar verib.

Evlərə və həyətlərə dolan sular FHN-nin xüsusi qurğuları vasitəsi ilə çəkilib. Hazırda yaranan problemlərin aradan qaldırılması istiqamətində işlər görülür.