Gəncədə yaşayış binasında YANĞIN – Sakinlər təxliyə edildibackend

Gəncədə yaşayış binasında YANĞIN – Sakinlər təxliyə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində yanğın hadisəsi olub.

NOCOMMENT.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Kəpəz rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə yanıb. Yanğın zamanı 10 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.