Gəncədə yaşayış binasında YANĞINbackend

Gəncədə yaşayış binasında YANĞIN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində yaşayış binasında yanğın olub, zəhərlənən var.

NOCOMMENT.az xəbər verir ki, “report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Atatürk prospekti 197, mənzil 58 ünvanında qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) dörd yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

Beş mərtəbəli binanın üçüncü mərtəbəsində olan birotaqlı mənzildə baş vermiş yanğın söndürülüb. Yanğın nəticəsində evin 12 kvadratmetr sahəsi yanıb. Binada yaşayanlardan 10 nəfər təxliyə olunub.

Onlardan 2005-ci il təvəllüdlü P.Alıyev tüstüdən zəhərlənib və xəstəxanaya yerləşdirilib. Daha bir qadına isə yerində tibbi yardım göstərilib.