Gəncədə yol qəzası: 3 nəfər xəstəxanaya yerləşdirildibackend

Gəncədə yol qəzası: 3 nəfər xəstəxanaya yerləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 13.10.2025-ci il tarixində saat 15:00 radələrində 3 nəfər (2 qadın, 1 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən NOCOMMENT.az-a verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Hazırda müalicələri müvafiq şöbələrdə davam etdirilir, vəziyyətləri orta ağırdır.