Gəncədə “ZƏFƏR” adlı fləşmob keçirilibbackend

Gəncədə “ZƏFƏR” adlı fləşmob keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsinin birinci ildönümünün qeyd olunması ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Gəncə Şəhər Təhsil İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr-Zəfər Gününə həsr edilən “ZƏFƏR” adlı fləşmob keçirilib.

NOCOMMENT.az xəbər verir ki, Fləşmob Gəncənin Heydər Əliyev adına meydanında təşkil olunub.

Fləşmobda M.Mehdizadə adına 4 nömrəli xarici-dillər təmayüllü məktəb liseyin , 17 nömrəli və M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəblərin şagirdləri iştirak ediblər. Şagirdlər müharibə zamanı Vətənin keşiyində duran əsgərlərimizin və “ZƏFƏR” sözünün əksini canlandırıblar. .

Qeyd edək ki, fləşmob 1200 şagirdin iştirakı ilə reallaşıb.

yeniavaz