Gəncədə baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar 13.10.2025-ci il tarixində saat 19:20 radələrində 3 nəfər (1 qadın, 2 kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən NOCOMMENT.az-a verilən məlumata görə, müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.
Dəqiqləşdirilməmiş kəllə-beyin travması, sağ said sümüklərinin sınığı, sol qaşın çapılmış yarası diaqnozu təyin edilən 1968-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 2 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.












