Gəncədəki kütləvi davada xəsarət alan şəxs ölübbackend

Gəncədəki kütləvi davada xəsarət alan şəxs ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Gəncə şəhərində baş verən kütləvi davada bıçaqlananlardan biri – 1994-cü il təvəllüdlü Niyazi Bayramov dünyasını dəyişib.

Bu barədə NOCOMMENT-ə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Xatırladaq ki, dekabrın 11-də saat 20 radələrində Gəncə şəhərində kütləvi dava olub. Olayda bir nəfərin öldüyü, 2 nəfərin isə yaralandığına dair məlumat yayılmışdı.