Gəncədəki qətlin TƏFƏRRÜATI: Müəllimlər…backend

Gəncədəki qətlin TƏFƏRRÜATI: Müəllimlər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə iki nəfərin ölümü və bir nəfərin bıçaqlanması ilə nəticələnən insidentin bəzi təfərrüatları məlum olub.

NOCOMMENT xəbər verir ki, qətli törətməkdə şübhəli bilinən Kamal Bayramov öldürülən Əli Bayramovla qohum olub. O, hətta bir müddət Əlinin evində qalıb. Tərəflər arasında münaqişə isə borc pul üstündə olub. Belə ki, Ə.Bayramov ailədən olan bir nəfərdən ilk dəfə 5 min, ikinci dəfə isə 2700 manat alıb, amma pulları geri qaytarmayıb. Mübahisə də bu səbəbdən yaranıb.

Kamal Bayramovun anası Ofelya Bayramova qafqazinfo-ya hadisə barədə danışıb: “Dünən bu vaxtı Əlinin qayınanasına zəng etdim ki, bizim pulumuzu alıb qaytarsın. Telefonu qadının əlindən alaraq dedi ki, tapançam var, gəlib sizi öldürəcəyəm. Sonra isə oğluma dedi ki, filan yerə gəl. Mən qoymadım və qapını bağladım, sonra da işə getdim. Qayıdan zaman eşitdim ki, bu hadisə baş verib”.

Məlumat üçün bildirək ki, qətli törədən K.Bayramov tarix müəllimi, qətlə yetirilən Ə.Bayramov isə Daşkəsən rayonunda İngilis dili müəllimi işləyib. Hadisə zamanı digər bıçaqlanan və bu gün xəstəxanada ölən Niyazi Bayramov isə Kamalın qardaşıdır.