Bu gündən etibarən Gəncə şəhərindən Kəlbəcər rayonuna ilk müntəzəm avtobus reysi açılıb.
NOCOMMENT.az teleqraf-a istinadən xəbər verir ki, ilk avtobus reysi Gəncə Beynalxalq Avtovağzalından yola düşüb.
Sərnişin avtobusu Goranboy-Naftalan-Suqovuşan-Ağdərə istiqamətindən hərəkət edəcək.
Avtobus hər gün Gəncə şəhərindən 08:30-da çıxacaq.