Gəncənin park və xiyabanları hazır vəziyyətə gətirilirbackend

Gəncənin park və xiyabanları hazır vəziyyətə gətirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verilib. Qərara əsasən, 18 may 2020-ci il saat 00:00-dan etibarən bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət də 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürüləcək.

NOCOMMENT.az-ın Report-a istinadən məlumatına görə, bununla əlaqədar olaraq, Gəncənin park və xiyabanları əhalinin istirahəti üçün hazır vəziyyətə gətirilir.

Belə ki, sözügedən ərazilərdə təmizlik işləri aparılıb, xüsusi karantin rejimi dövründə götürülən oturacaqlar yerlərinə qaytarılıb. Ən önəmlisi şəhərin bulvar, park və istirahət məkanlarında dezinfeksiya işləri həyata keçirilib. İşlərə Dezinfeksiya Stansiyasının əməkdaşları ilə yanaşı, Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyinin (MKTİB) xüsusi təlim keçmiş işçiləri də cəlb olunublar.

MKTİB-nin işçiləri Gəncənin bulvar, park və xiyabanlarında iməclik də keçiriblər. Yeni çiçəklər əkilib, uzanmış otlar biçilib, ağacların təhlükə törədə biləcək budaqları budanıb.

Məlumat üçün bildirək ki, MKTİB-nin əməkdaşları xüsusi karantin rejimi dövründə də növbəli şəkildə fəaliyyət göstərib, yaşıllıqlara aqrotexniki qulluq göstəriblər.

Qeyd edək ki, şəhərin küçə və prospektləri, o cümlədən çoxmənzilli binalardan aparılan dezinfeksiya işləri park və xiyabanları da əhatə edir. İşlər bundan sonra da davam etdiriləcək.