Gəncəyə aviareyslər niyə bərpa olunmur? – Deputatbackend

Gəncəyə aviareyslər niyə bərpa olunmur? – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Gəncədən Bakı və Naxçıvana aviareyslər bərpa olunmayıb. Bu da istər-istəməz vətəndaşları narahat edir”.
NOCOMMENT.az xəbər verir ki, bunu Bakupost.az -a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.
Millət vəkili Gəncə şəhərindən olan daxili reyslərin bərpa olunmamasına diqqət çəkib:
“Gəncədə yerləşən hava limanı həm sovet dövründə, həm də müstəqillik dövründə işləyən, daxili və xarici reysləri həyata keçirən hava limanı olub. Pandemiya ilə əlaqədar bağlanmış reyslərin böyük əksəriyyəti bərpa olunub. Ancaq çox təəssüflər olsun ki, Gəncə şəhərindən olan reyslərin həm Bakı, həm də Naxçıvan istiqamətinə bərpası hələ də mümkün olmayıb. Bu da istər-istəməz vətəndaşları narahat edir. Xahişimiz ondan ibarətdir ki, Naxçıvan -Gəncə, Bakı-Gəncə aviareysləri bərpa olunsun . Bu həm Gəncə sakinlərinin işlərinin daha yaxşı təşkil etməyə, həmçinin Gəncə şəhərinə yerli və xarici turistlərin rahat səfər etməsinə köməklik edəcək. Eyni zamanda Naxçıvana yalnız Bakıdan deyil, həmçinin Gəncədən də getmək mümkün olacaq”.
N.Həmzəyev hesab edir ki, aviareyslər açılarsa rentabelli işləyəcək:
“Əvvəlki dövrlərdə hər gün Bakı-Gəncə reysi fəaliyyət göstəridi. Naxçıvana isə həftədə iki-üç dəfə reyslər təşkil olunurdu. İlkin mərhələdə heç olmasa Naxçıvana həftədə 1 və ya 2, Bakıya da həftədə 3 dəfə reyslərin olması arzuolunandır. Düşünürəm ki, buna çox böyük ehtiyac var. Hazırda Gəncəyə sürət qatarı işləyir. Lakin çox vaxt bilet tapmaqda çətinliklər yaranır. Bu baxımdan düşünürəm ki, Bakı-Gəncə, Naxçıvan-Gəncə aviareysləri açılarsa, bu rentabelli işləyəcək. Bununla yanaşı, gələcəkdə Gəncədən Azərbaycanın digər şəhərlərinə aviareyslərin işə salınması çox yaxşı olardı. Hətta AZAL daxili reysləri işlətmək istəməsə digər başqa şirkətlər bu prosesə cəlb olunması müsbət hal olar. Həm Gəncədən Füzuli Hava Limanına, həm Gəncədən Lənkərana, Gəncədən Qəbələyə bu cür daxili reyslərin işləməsi yaxşı olardı. Bu, daxili turizmin inkişafına çox böyük töhfə və təkan olardı”.