Gəncəyə raket atılması əmrini o verib – ETİRAFbackend

Gəncəyə raket atılması əmrini o verib – ETİRAF

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə hərbi obyektlərin vurulması əmrini qondarma DQR-in rəhbəri Araik Arutyunyan verib.

Bu barədə Arutyunyan özü bəyanat yayıb.

Bəyanatda deyilir: “Bu gün mənim əmrim əsasında müdafiə ordumuz Gəncə şəhərindəki hərbi obyektlərin zərərsizləşdirilməsi məqsədilə bir neçə raket zərbəsi endirib. Hazırda mən günahsız mülki əhali arasında itkilərdən qaçmaq üçün atəşi dayandırmaq tapşırığı vermişəm. Əgər düşmən lazımi nəticələr çıxarmasa biz düşmən ordusunu və arxa cəbhəni dağıtmaq üçün uyğun və güclü zərbələr endirəcəyik”.

NOCOMMENT musavat.com-a istinadən xəbər verir ki, birincisi, Arutyunyanın nəzərdə tutduğu hərbi obyektlər vurulmayıb və o, prinsipcə, dinc sakinləri qətlə yetirərək hərbi cinayət törədib. İkincisi, separatçıların lideri bu açıqlama ilə həm də Ermənistan rəhbərliyini məsuliyyətdən yayındırmağa çalışır.

Arutyunyanın üçüncü məqsədi isə özünün yaralanmadığını, sağ-salamat olduğunu isbat etmək məqsədi daşıya bilər.