Gəncəyə raket hücumu nəticəsində 20-dən çox ev dağıdılıb: Ölən və yaralılar varbackend

Gəncəyə raket hücumu nəticəsində 20-dən çox ev dağıdılıb: Ölən və yaralılar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanın ikinci böyük şəhərində günahsız dinc sakinlər Ermənistanın raket hücumuna məruz qalırlar”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”dəki hesabında yazıb.

“Humanitar atəşkəsə dair vicdansız çağırışlar Ermənistanın bu hərbi cinayətlərini görməlidir. İlkin məlumata görə, 20-dən çox ev dağıdılıb”, – deyə H.Hacıyev bildirib.

Qeyd edək ki, ilkin məlumatlara əsasən Gəncəyə hücum nəticəsində ən azı 2-si uşaq olmaqla 6 nəfər ölüb, 35 nəfər yaralanıb. Xilasetmə işləri davam etdirilir və rəqəmlərin artacağı istisna edilmir.