Gənclər koronavirusa qarşı daha həssasdırlarbackend

Gənclər koronavirusa qarşı daha həssasdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc nəslin koronavirusa qarşı əvvəlki rəylərə nisbətən daha həssas olduqları üzə çıxıb.

NOCOMMENT.az “Lenta.ru”ya istinadən xəbər verir ki, ABŞ-ın Kaliforniya Universitetinin mütəxəssisləri 18-25 yaş arası 8 400 nəfər gəncin məlumatlarını araşdıraraq belə qənaətə gəliblər ki, yeni növ koronavirus (COVID-19) infeksiyası oğlanların 33%-də, qızların da 30%-də ağır fəsadlara səbəb ola bilər.

Məlum olub ki, bu cür fəsadların ehtimalı daha çox kənar amillərdən, əsasən də tütün istifadəsindən asılıdır.

Araşdırmalara görə bu ilin 11-18 aprel tarixlərində hər 100 min əhalidən COVID-10 virusu ilə xəstəxanaya yerləşdirilən 18-29 yaşlı şəxslər orta hesabla 8,7 nəfər, 65 yaşından yuxarı şəxslər isə 128,3 nəfərdisə, 21-22 iyun tarixlərində həmin göstəricilər müvafiq olaraq 34,7 və 306,7 olub. Bu da koronavirusla xəstəxanaya yerləşdirilən gənclərin 200%dən artıq çoxalması deməkdir.

Mütəxəssislər koronavirusun gənclər üçün təhlükəsini artıran digər amilləri açıqlayıblar. Bunlar- ürək xəstəlikləri, astma, şəkərli diabet,  daxili immun pozuntuları, qaraciyər pozuntuları, habelə piylənmə və tütünə aludəlikdir.