Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası tərəfindən digər malların və avadanlıqların satınalınması məqsədilə elan olunan tender ləğv olunub.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, tenderin ehtimal olunan dəyəri 86.274 manat təşkil edirdi. Lakinsatınalma proseduru təklif verən və müvafiq lisenziya və icazəyə malik təchizatçıların sayının üçdən az olması səbəbindən dayandırılıb.
Rəsmi sənədlərdə bildirilir ki, “Dövlət satınalmaları haqqında” qanunun 36.1.1-ci maddəsinə əsasən, iştirakçıların sayının yetərsiz olması səbəbindən müsabiqənin ləğv olunması qərara alınıb.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Hacı-Baba oğlu Salayevdir.