General: “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir…backend

General: “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada “Kronştadt” adlı şirkət ölkədə zərbə pilotsuz təyyarələrinin istehsalı üzrə ixtisaslaşmış ilk zavodun tikintisinə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, zavod Moskva ətrafındakı Dubna şəhərində yerləşəcək, 4 milyard rubla başa gələcək və orada təxminən 1500 nəfər işləyəcək.

Bu şirkət “Orion” adlı zərbə pilotsuz təyyarələrini istehsal edir. Həmin pilotsuz təyyarələr bu yaxınlarda Suriyada ilk dəfə döyüş şəraitində sınaqdan keçirilib və Türkiyənin “Baykar” şirkətinin istehsal etdiyi “Bayraktar TB2” zərbə pilotsuz təyyarələrinin analoqu hesab edilir.

Rusiya Hava Kosmik Qüvvələrinin MDB dövlətləri hava hücumundan birləşmiş müdafiə sistemi üzrə komandan müavini olmuş (2007-ci ilə qədər) general-leytenant Ayteç Bijev qeyd edib ki, zavodun tikintisini qoşunları pilotsuz təyyarələrlə təchiz etmək planlarına daxildir. Onun sözlərinə görə, “Orion” pilotsuz təyyarələri yüksək dəqiqlikli raketlərlə təchiz olunur, həm ərazinin kəşfiyyatı və müşahidəsi, həm müstəqil zərbə vahidi kimi tətbiq edilir.

General bu tip pilotsuz təyyarələrin Azərbaycanla Ermənistan arasındakı müharibə zamanı öz effektivliyini sübut etdiyini deyib. “Bəzi hallarda onlar Su-25 qırıcı-bombardmançılarından effektli işləyir. Burada uduş ondadır ki, onların (PUA-ların) dəyəri xeyli aşağıdır, effektivliyi isə bir sıra hallarda pilotlu aviasiyadan daha yüksəkdir. Ona görə də böyük perspektivləri var”,-Ayteç Bijev bildirib.

General hesab edir ki, “Orion”lar “Bayraktar”larrdan geri qalmır.

“Ölçüsü elə də böyük olmayan zərbə pilotsuz təyyarələrinin tətbiqi müharibənin gedişini ciddi dəyişdirə bilir. Azərbaycanla Ermənistan arasında münaqişə göstərdi ki, bu təhlükəli silahdır. Rəqibin hava hücumundan müdafiə sisteminin təsir zonasına daxil olarkən onlar aviasiyadan daha effektli işləyir”,-rusiyalı general deyib.
Virtualaz.org