ABŞ respublikaya hərbi yardımı dayandırmaq qərarına gələrsə, Avropa Ukraynaya dəstək verə bilər.
NOCOMMENT.az xəbər verir ki, bunu Reuters agentliyinə alman generalı Kristian Freydinq deyib.
“Əgər siyasi iradə olarsa, Amerikanın dəstəyini böyük ölçüdə kompensasiya etmək üçün vasitələr olacaq”, – deyə general bildirib.
Freydinq əlavə edib ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden tərəfindən təsdiqlənmiş tədarüklər Ukraynaya bu yay dayanmağa imkan verə bilər. Bununla belə, hərbçinin sözlərinə görə, dəqiq vaxt logistik proseslərdən və Ukrayna qoşunlarının silah və sursatlardan istifadə sürətindən asılıdır.