General Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıbbackend

General Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birinci Ordu Korpusunun sabiq komandanı general-mayor Hikmət Həsənovun minaya düşməsi ilə bağlı cinayət işi açılıb.

NOCOMMENT xəbər verir ki, bu barədə report-un eksklüziv sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

“General-mayor Hikmət Həsənovun 20.11.2020-ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayonuna daxil olarkən zirehli maşında minaya düşməsi nəticəsində xəsarət alması faktı ilə bağlı Hərbi Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 29, 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır”, – deyə Baş Prokurorluqdan bildirilib.