General hökuməti məhkəməyə verdi – 6 milyon dollar istəyirbackend

General hökuməti məhkəməyə verdi – 6 milyon dollar istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadalı general-mayor Dany Fortin cinsi təcavüz ittihamlarından bəraət aldıqdan sonra hökuməti 6 milyon dollar təzminat tələb edib.

NOCOMMENT xəbər verir ki, kanadalı general-mayor Dany Fortin, 2021-ci ilin avqustunda Covid-19 peyvəndi paylama təşkilatının rəhbəri təyin edildiyi hərbi məktəbdə tabeliyində olan bir işçini zorladığı iddiasına görə işdən çıxarıldı.

Keçən dekabrda ona qarşı törədilən cinayətlərdən bəraət alan Fortin, baş nazir Castin Trüdo və Baş Qərargahın rəhbəri Ueyn Eyre də daxil olmaqla, 16 yüksək vəzifəli şəxsi böhtan, dövlət vəzifəsindən sui-istifadə, səhlənkar araşdırma, etibarın pozulması və sui-qəsd ittihamı ilə məhkəməyə verib.