General itkin Rasimlə bağlı atasına nə deyibmiş? – ŞOK DETALLAR – VİDEObackend

General itkin Rasimlə bağlı atasına nə deyibmiş? – ŞOK DETALLAR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

26 dekabr 2023-cü il tarixdə, İmişli rayonunun Qaragüvəndikli kənd sakini, 27.02.2013-cü il təvəllüdlü Xankişiyev Rasim Vasif oğlu müəmmalı şəraitdə itkin düşməsi aylardır medianın gündəmini zəbt edib.

NOCOMMENT.az xəbər verir ki, ailəninin hüquqlarını müdafiə edən hüquq müdafiəçisi Samir Zeynalov Oxu24.com saytına açıqlamasında bir sıra iddialar irəli sürmüşdü.

Həmin iddialardan biri də itkin düşmüş Rasimin Xoşqədəm Baxşəliyevanın aparıcısı olduğu “Səni axtarıram” verilişində axtarışı zamanı saxta ssenari qurulması ilə bağlıdır.

Qeyd olunan mövzu ilə bağlı itkin 11 yaşlı Rasimin atası Xankişiyev Vasif Vaqif oğlu münasibət bildirib.

Oxu24.com saytına müraciət edən Vasif Xankişiyev bildirib ki, verilişdə onun övladı ətrafında saxta şou yaradılıb.

“İlk gündən Xoşqədəm xanım bizi əmin etdi ki,uşağı tapacaq. İlk vaxtda kənddə heç kimdən müsahibə götürməmişdi. Daha sonra kənddə bir neçə şəxsdən,həmçinin bizim əsas şübhələndiyimiz şəxslər Pəhləvandan və onun oğlundan müsahibə götürdü.

Bu görüşdən sonra efirdə Xoşqədəm xanımın mövqeyi dəyişdi .Halbu ki, bu görüşə qədər Xoşqədəm xanım efirdə onlar barədə sərt danışırdı. Daha sonra efirdə Pəhləvangilin əleyhinə fikir səsləndirilməsinə icazə vermədi. Hətta bizim nümayəndə Samir Zeynalov efirdə Pəhləvan haqda söz deyəndə səsini kəsdilər.

Xoşqədəm Baxşəliyeva bizə bildirdi ki, bu işdə Pəhləvangilin günahı yoxdur. Xoşqədəm xanımın sözlərinə görə onun atası ilə Pəhləvangil ailəvi dost olublar. Buna görə də Xoşqədəm xanım Pəhləvanı və onun oğlu Şəhriyarı müdafiə etməyə başladı. Bu şəxslər bizim əsas şübhələndiyimiz şəxslərdir. Çünki hadisə baş verən zaman onlar sahədə olublar”,- deyə Vasif Xankişiyev bildirib.

Vasif Xankişiyev efirdə telefon zənglərinin saxta olması iddiasına da toxunub.Onun sözlərinə görə,bu barədə onlarda kifayət qədər şübhə doğuracaq hallar baş verib.

“İrandan bir zəng gəlmişdi. Bizim tanış adam həmin zənglə bağlı Xudafərinə getdi. Guya zəng edən adam deyib ki, yalnız Xoşqədəm xanımla görüşmək istəyir. Həmin naməlum şəxs heç kimlə görüşmədi. Xoşqədəm xanıma həmin zənglə bağlı görüş üçün İrana getməyi təklif etsəm də, bundan imtina etdi. Bu da bizdə həmin zəngin qurama olması şübhəsinin yaranmasına səbəb oldu.

Daha sonra bir məktub gəldi. Məktubda Rasimin öldürüldükdən sonra yandırılaraq külünün Kürə atıldığı həmin məktubda yazılmışdı. O məktubun da kim tərəfindən yazıldığı üzə çıxarılmadı. Daha sonra guya Rasimin yazdığı daha bir məktub studiyaya gətirildi. Bu da qurama idi. Rasim öz adını zorla yazırdı. O belə məktub yaza bilməzdi”,- deyə Rasimin atası bildirib.

Rasim Xankişiyev edilən zənglərin araşdırılmasını tələb edir.

O,həmçinin hadisə baş verən ərazidə olan kamera görüntülərinin açılmaması məsələsinə də toxunub.

“Bu günə qədər həmin kameralar açılmayıb.Kamera görüntüləri ilə bağlı biz DSX-nın rəisi cənab general Elçin Quliyevin qəbulunda olduq. General bildirdi ki, rəsmi sorğu verilmədən kameralara heç kim baxa bilməz. Belə bir sorğu da DSX-ya daxil olmayıb”,-deyə Rasimin atası bildirib.

Qeyd edək ki, Baş prokuror Kamran Əliyevin göstərişi ilə Xankişiyev Rasim Vasif oğlu ilə bağlı başlanan cinayət işinin icraatı İmişli rayon prokurorluğundan alınaraq Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.Hazırda bu işlə bağlı araşdırmalar davam etdirilir.