General-leytenant vəzifəsindən gedirbackend

General-leytenant vəzifəsindən gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyində kadr islahatları davam edir.

NOCOMMENT.az-ın yerli teleqram kanallarına istinadən məlumatına görə, Mülki Müdafiə Qoşunlarının komandanı general-leytenant İlham Abdullayevdə işdən azad olunur.

Məlumata görə, yaxın günlərdə müvafiq əmrlə FHN-nin Mülki Müdafiə Qoşunlarının komandanı, general-leytenant İlham Abdullayev vəzifəsindən azad edilərək təqaüdə göndəriləcək.

Qeyd edək ki, İlham Əyyub oğlu Abdullayev əvvəllər FHN-in Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 2006-cı ilin dekabrında general-mayor rübəsini alıb.

Nərmin

NOCOMMENT.az