General-mayor Nizami Məmmədov həbs edildi – 80 MİLYONLUQ MƏNİMSƏMƏ…backend

General-mayor Nizami Məmmədov həbs edildi – 80 MİLYONLUQ MƏNİMSƏMƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə həbs qərarı verilib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı martın 2-də Bakı Hərbi Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə istintaq orqanının vəsatətinə baxılıb.

Hakim vəsatət təmin edib və Nizami Məmmədov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Nizami Məmmədovun istintaqda 80.618.000,0 manat (80 milyon 600 m18 min) mənimsəmə cinayətlərində ittiham edildiyi məlum olub.