General-mayor olan polkovnik kimdir? – Fotobackend

General-mayor olan polkovnik kimdir? – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, İlham Əliyevin sərəncamı ilə polkovnik Elçin Əli oğlu Məmmədova “general-mayor” ali hərbi rütbəsi verilib.

NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, Elçin Əli oğlu Məmmədov ötən il Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi təyin edilib.

O, DQ-nin N saylı hərbi hissəsinin komandiri olub.

General-mayor Elçin Məmmədov bundan öncə “Vətən uğrunda” medalına layiq görülüb.