General Muradov Njdenin heykəlinin sökülməsinə GÖSTƏRİŞ VERİBbackend

General Muradov Njdenin heykəlinin sökülməsinə GÖSTƏRİŞ VERİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Xocavənd şəhərində erməni faşistlərinin lideri Qaregin Njdenin heykəlinin götürülməsi cəhdi baş tutmayıb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Rusiya sülhməramlı qüvvələrinin komandiri Rüstəm Muradovun abidənin sökülməsi ilə bağlı verdiyi göstəriş icra olunmayıb. Yerli sakinlər və Ermənistandan gələn radikal millətçilər heykəlin götürülməsinə mane olublar. Hadisə zamanı sülhməramlılarla sakinlər arasında gərginlik yaranıb.

Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradov heykəli mayın 9-da Qələbə Gününə qədər götürülməsini tələb edib. Abidənin Xocavənddən yığışdırılmasını Rusiya ilə yanaşı Azərbaycan da tələb edir.