General Muradov: Sülhməramlıların qalma müddəti uzadılacaqbackend

General Muradov: Sülhməramlıların qalma müddəti uzadılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin keçmiş komandanı, general-leytenant Rüstəm Muradov rus sülhməramlılarının bu bölgədəki işini müsbət qiymətləndirib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə o, Mahaçqalada “Vətən Qəhrəmanlarının saatı” ümumrusiya vətənpərvərlik aksiyasının iştirakçıları ilə görüş zamanı TASS-a bildirib.

“Mən Rusiya Federasiyası sülhməramlı missiyasının fəaliyyətini yalnız müsbət qiymətləndirirəm. Qiymətləndirməni bizə mülki əhali verir – bu gün Qarabağda həyat tam sürətlə gedir. Əlbəttə, çox çətin məsələlər var, amma proses gedir – insanların geri qayıtması, bir sıra problemli məsələlərin həlli. Ona görə də hər şeyin yaxşı olacağını düşünürəm”, – deyə Muradov söyləyib.

O əlavə edib ki, Rusiya sülhməramlıları baş vermiş münaqişədən sonrakı 5 il Qarabağ ərazisində qalacaqlar: “İlk beş il – üç dövlətin başçıları tərəfindən imzalanan müqaviləyə əsasən. Sonra Rusiya sülhməramlı kontingentinin qalma müddətinin daha da uzadılması ilə bağlı qərar qəbul olunacaq”.

Qeyd edək ki, Rüstəm Muradov Rusiyanın sülhməramlı qüvvələrinin Qarabağdakı komandanı vəzifəsində missiyasını sentyabrın 6-da başa vurub. General-mayor Mixail Kosobokov Rusiyanın bölgədəki sülhməramlı missiyasının komandanı təyin edilib.