General Ukraynaya çatdırılan Leopard 2 tanklarının taleyindən danışıbbackend

General Ukraynaya çatdırılan Leopard 2 tanklarının taleyindən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bundesverin general-mayoru Kristian Freydinq bildirib ki, Ukraynaya verilən Leopard 2 tanklarının təxminən yarısı artıq sıradan çıxıb.

NOCOMMENT.az xəbər verir ki, O, bu barədə “Süddeutsche Zeitung”a müsahibəsində bildirib.

Freydinq Almaniya Müdafiə Nazirliyində Ukrayna üzrə xüsusi qərargahın rəhbəridir.

General tankların sıradan çıxmasının səbəbini tank hissələrinin səhv dəyişdirilməsini adlandırdı. Generalın sözlərinə görə, alman əməliyyat və texniki xidmət qaydalarına uyğun olaraq təmirin mümkünsüzlüyü tank hissələrinin aşınmasına səbəb olur. Qeyd olunur ki, tankları Litvada texniki xidmət mərkəzinə çatdırmaq üçün ən azı 36 saat vaxt lazımdır.

Generalın sözlərinə görə, bu çətinlikləri aradan qaldırmaq üçün Ukrayna və Almaniya hərbi sənayesinin nümayəndələri Ukraynada “Leopard 2” tanklarının təmiri üçün zavod yaratmaq imkanını nəzərdən keçirirlər.