Generaldan Paşinyana ağır sözlər: Əxlaqsız, yalançı…backend

Generaldan Paşinyana ağır sözlər: Əxlaqsız, yalançı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, general Onik Qasparyan Baş nazir Nikol Paşinyanın açıqlamasına cavab verib.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, general baş naziri yalan danışmaqda ittiham edib.

Qasparyan “Joxovurd” qəzetinə açıqlamasında onu əxlaqsız adlandırıb: “Bu əxlaqsız yalançıdan başqa bir şey gözləmirəm. Noyabrın 17-də verdiyim açıqlamada söylədiyim sözləri bir daha təsdiqləyirəm. Baş nazir və Təhlükəsizlik Şurasının katibi həyasızcasına həqiqəti təhrif edirlər, əllərindəki gücdən istifadə edərək cəmiyyəti çaşdırırlar”.

Qeyd edək ki, Paşinyan bundan əvvəl Qasparyanın Qarabağdakı müharibənin dördüncü günü ona savaşı ən qısa müddətdə bitirməyin lazım olduğunu bildirmədiyini söyləyib.