Generalın həbs müddəti uzadıldıbackend

Generalın həbs müddəti uzadıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Tərtər işi” ilə bağlı saxlanılan general-mayor Bəkir Orucovun həbs müddəti uzadılıb.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, onun barəsində istintaq orqanı tərəfindən verilmiş təqdimata Bakı Hərbi Məhkəməsində baxılıb. Məhkəmənin qərarı ilə generalın daha 3 ay həbsdə qalması ilə bağlı vəsatət təmin edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən B.Orucov bu ilin sentyabrında saxlanılıb. Cinayət məsuliyyətinə cəlb edilərək bərasində həbs qətimkan tədbiri seçilib.