Generalın qızından SENSASİON İFŞA: Mərkəzdə Baş Qərargah rəisi güllələndi…backend

Generalın qızından SENSASİON İFŞA: Mərkəzdə Baş Qərargah rəisi güllələndi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Şadmaninin Mossad tərəfindən qətlə yetirilməsi ilə bağlı yayılan məlumatlar ölkə daxilində ciddi təhlükəsizlik boşluqlarını üzə çıxarıb.

NOCOMMENT.az musavat.com-a istinadla xəbər verir ki, generalın qızı Türkiyə mediasına açıqlamasında atası Şadmaninin hava zərbəsi nəticəsində deyil, İsrail kəşfiyyatçıları tərəfindən Tehranın ortasında, atışma zamanı öldürüldüyünü bildirib. Əgər bu iddialar doğru çıxarsa, bu, İran ordusunun və təhlükəsizlik orqanlarının nüfuzunun və effektivliyinin ciddi şəkildə zədələndiyini göstərir.
Bir ölkənin ən yüksək rütbəli hərbi rəhbərlərindən birinin, özü də paytaxt Tehranda, xarici kəşfiyyat orqanının açıq hücumuna tuş gəlməsi İran rejiminin təhlükəsizlik sisteminin tam çöküşünü göstərir.
Məsələ təkcə İsrailin belə cəsarətli əməliyyatı reallaşdırmasında deyil, eyni zamanda İranın buna qarşı heç bir adekvat cavab verə bilməməsindədir. Əgər Mossad doğrudan da Tehranın içində, yüksək mühafizəli şəxsi öldürə bilirsə, bu, artıq təhlükənin yalnız sərhədlərdə deyil, dövlətin mərkəzində olduğunu göstərir.
Son bir neçə ayda İran ordusunun yüksək rütbəli komandirlərinin bir-birinin ardınca müəmmalı şəkildə ölməsi və ya öldürülməsi təsadüfi deyil. Müharibəni başa düşdük. Ancaq məsələ burasındadır ki, bu adamlar uzaqdan atılan raket və ya qaldırılan dron vasitəsilə təsadüfən ölməyiblər. Birbaşa hədəfə alınıb, məhv ediliblər.General Əli Rəşidin ölümündən sonra yalnız dörd gün vəzifədə olan Əli Şadmaninin də bu cür qətlə yetirilməsi, İran daxilində ciddi nüfuz savaşlarının, casus şəbəkələrinin və daxili sabitliyə qarşı təhdidlərin artdığını göstərir.
Bu həm də İsrailin psixoloji üstünlük yaratmaq üçün həyata keçirdiyi hədəfli əməliyyatların bir hissəsi kimi qiymətləndirilə bilər.
İran cəmiyyəti artıq Silahlı Qüvvələrə və xüsusilə SEPAH-a əvvəlki qədər inam göstərmir. Məlum olur ki, nəinki küçələrdəki etirazlara, sərhəd təhlükəsizliyinə, hətta ölkənin yüksək vəzifəli hərbi komandirlərinin mühafizəsinə belə effektiv nəzarət yoxdur. Bu isə ordunun təkcə əməliyyat baxımından deyil, strateji və psixoloji cəhətdən də zəiflədiyini göstərir.
Əli Şadmani İran ordusunda və İnqilab Keşikçiləri Korpusunda yüksək vəzifə tutan, həmçinin ölkə lideri Ayətullah Əli Xameneyiyə ən yaxın şəxslərdən biri hesab olunurdu.