“Gent” ciddi rəqibdir – Qurban Qurbanovbackend

”Gent” ciddi rəqibdir – Qurban Qurbanov 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Konfrans Liqasının pley-off mərhələsində bütün potensial rəqiblərimiz güclü idi. Ötən il olduğu kimi, bu il də ilk olaraq bizim rəqibimiz müəyyənləşdi”.

NOCOMMENT.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov klubun mətbuat xidmətinə açıqlamasında deyib.

50 yaşlı mütəxəssis bildirib ki, güclü komandalardan biri ilə qarşılaşacaqlar: “Gent” ciddi rəqibdir. Belçika futbolu milli komanda səviyyəsində uğurlar əldə edib. Son illərdə klub səviyyəsində inkişaf göz önündədir. Bu mövsüm Belçikanın digər təmsilçisi “Brügge” Çempionlar Liqasında güclü komandaların yer aldığı qrupda 2-ci yeri tutaraq, mərhələ adlamağı bacarıb. Bu isə onların çempionatlarının, klublarının gücündən və rəqabətindən xəbər verir. Bu mövsüm avrokuboklara hansı istəklə başlamışdıqsa, o istəklə oyunlara çıxacağıq. Futbolçularıma necə güvənirdimsə, indi də elədir. Qarşıda xeyli vaxtımız var. Çalışacağıq ki, futbolçularımıza hər xırda elementi düzgün izah edək. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. İlk oyunumuz evdə olacaq. İnanıram ki, həm evdə, həm də səfərdə azarkeşlərimizi sevindirmək üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qarabağ” – “Gent” oyunu 2023-cü il fevralın 16-da keçiriləcək. Bir həftə sonra rəqiblər Belçikada üz-üzə gələcək.