Gərək Məleykə Abbaszadə sərt reaksiya verməyəydibackend

Gərək Məleykə Abbaszadə sərt reaksiya verməyəydi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təhsil eksperti təhsil sahəsində fəaliyyət göstərməlidir. 5 il məktəbdə işləyibsə, bu sahədə elmi məqalələri yoxdursa, elmi konfranslarda çıxış etməyibsə, özünü təhsil eksperti kimi təqdim edə bilməz. Yalnız özü özünü təhsil eksperti adlandırır. Müəyyən sahələr var ki, orada özlərini kiçik biznes quran şəxslər kimi elan etsəydilər, daha düzgün olardı. Ekspert sözü məsuliyyət tələb edir. Biz statistikanı təqdim edirik, təhlili veririk, onlar eyni sözləri təkrar edirlər”.

Bu sözləri Azərbaycanda təhsil ekspertlərinin fəaliyyətini tənqid edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı Redaktor.az-a danışan Bakı Dövlət Universitetinin professoru Şahlar Əsgərov bildirdi ki, Məleykə Abbaszadənin sözlərində az da olsa həqiqət var.

“Deyilən sözdə ədalət də var. Hər kəs özünə təhsil eksperti deməli deyil. Mən özüm də həmişə jurnalistlərə deyirəm ki, məni niyə Bakı Dövlət Universitetinin professoru, əmək və elm xadimi yox, təhsil eksperti kimi yazırsınız?”, – o dedi.

Daha gənc təhsil ekspertləri barədə danışan professor dedi ki, onların ekspert adlandırılması qorxulu məsələ deyil.

“Bu elə də təhlükəli bir şey deyil. Kim özünə təhsil eksperti deyir elə də böyük problem deyil. Gərək Məleykə Abbaszadə belə sərt reaksiya verməyəydi. Əgər təhsildə bir qüsur görürsə, o nöqsanı deyirsə, sözləri obyektiv və doğrudursa onu təhsil eksperti hesab etmək olar, yox əgər əksidirsə, ona ekspert demək olmaz. Ekspert təhsilin bütün incəliyini bilən adamdır”.