Gərginlik artır! Rusiya raketi hava məkanımızı pozdubackend

Gərginlik artır! Rusiya raketi hava məkanımızı pozdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa Silahlı Qüvvələri Əməliyyat Komandanlığı səhər saatlarında naməlum obyektin Ukrayna sərhədindən Polşa hava məkanına daxil olduğunu açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bəyanatın ardınca milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış və Polşa ordu komandanlığı ilə fövqəladə iclas başa çatıb.

Görüşdən sonra açıqlama verən Polşanın Milli Müdafiə naziri Vladislav Kosiniak-Kamış, Polşanın hava məkanının bir obyekt tərəfindən pozulmasını öz sistemləri ilə aşkar etdiklərini və alqoritmə uyğun olaraq bütün tədbirlərin görüldüyünü bildirib.

Məsələ ilə bağlı açıqlama verən Polşa Baş Qərargah rəisi Wieslaw Kukula, mövcud məlumatlar fonunda Polşanın hava məkanının Rusiya raketi ilə pozulduğunu bildirib.