Gərginlik pik həddə: ABŞ Rusiyanı hücumla hədələdi – Kremldən kritik açıqlamabackend

Gərginlik pik həddə: ABŞ Rusiyanı hücumla hədələdi – Kremldən kritik açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ-ın Rusiyaya qarşı kiberhücuma hazırlaşması barədə yayılan xəbərlər narahatlıq yaradır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu narahatlıq yaradır və beynəlxalq kibercinayətkarlıqdan başqa bir şey deyil”, – Kremlin sözçüsü bildirib.

Peskov Rusiyanın heç vaxt kiberterrorizm və kiberhücumlarda iştirak etmədiyini söyləyib.

Qeyd edək ki, “Nyu-York Tayms” qəzeti bundan əvvəl Co Bayden administrasiyasının qarşıdakı üç həftə ərzində Rusiya hökumətinin sistemlərinə qarşı kiberhücum həyata keçirəcəyi barədə məlumat yaymışdı.
Teleqraf