Gevorkyan: Sərhədlərin açılmasını gözləmək olmazbackend

Gevorkyan: Sərhədlərin açılmasını gözləmək olmaz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə və Ermənistan sərhədinin erkən açılmasını gözləmək lazım deyil, amma təmaslar olub və davam edəcək.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə erməni şərqşünas Karine Gevorkyan bildirib.

“Rəsmi səviyyədə iki ölkə vətəndaşları üçün sərhədin 100 faiz açılması hələ də qeyri-müəyyən vəziyyətdədir. İki dövlət arasında de-fakto təmaslar davam edəcək və bunun üçün bir sıra əsas ilkin şərtlər var. Türkiyədə 150 ​​min xristian erməni yaşayır. Bunları da nəzərə almaq lazımdır”, – deyə Gevorkyan sərhədlərin açılmasından danışıb.

Qeyd edək ki, Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin iyulun 1-də Vyanada növbəti görüşü keçirilib. Görüşdə Ermənistan və Türkiyəyə səfər edən üçüncü ölkə vətəndaşlarının tez bir zamanda sərhədi keçmək imkanlarının təmin edilməsi barədə razılıq əldə olunub. Tərəflər, həmçinin Türkiyə və Ermənistan arasında hava yükdaşımalarının ən qısa zamanda qurulması barədə razılığa gəliblər.