“Gilan”la bağlı nə baş verir? – Adı dəyişdirildi, ləğv edildi, indi də məhkəməlik oldubackend

“Gilan”la bağlı nə baş verir? – Adı dəyişdirildi, ləğv edildi, indi də məhkəməlik oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus olduğu deyilən “Gilan Holdinq”lə bağlı problemlər bitmir.

NOCOMMENT.az Qaynarinfo -ya istinadən xəbər verir ki, 2022-ci ildə şirkətin nizamnamə kapitalı 98 483 064 AZN-dən 100 AZN-ə endirildi. Bir il sonra isə “Gilan Holdinq”in adı dəyişdirilidi. Şirkət “Xəzri Solutions” MMC kimi fəaliyyət göstərməyə başladı.

Lakin bu fəaliyyət uzun sürmədi. Bir neçə ay sonra şikrət ləğv olunduğu elan etdi. Hazırda “Xəzri Solutions” MMC ləğv prosesindədir.

Baş verənlər şirkətin Kəmaləddin Heydərovun nəzarətindən çıxması kimi şərh edildi. Bəzi mülahizələrə görə isə “Gilan Holdinq”lə bağlı proseslər şirkətin sadəcə əvvəlki fəaliyyət gücündə olmaması ilə əlaqədardır.

“Xəzri Solutions” MMC ilə bağlı yeni problem isə onun Rusiya şirkəti tərəfindən məhkəməyə verilməsidir. Söhbət “AECOM EXP Limited” şirkətindən gedir.

Bu şirkətin Azərbaycandakı filialı “Xəzri Solutions” MMC ilə bağlı iddia qaldırıb. İşin mahiyyəti bəlli olmasa da, ehtimal edilir ki, məhkəmə çəkişməsi müqavilə öhdəliklərinin yerinə yetirilməməsi ilə bağlıdır.

İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Raqib Qurbanovun icraatındadır. Şikayəti Rusiya şirkətinin verdiyi bildirilir.

Bu arada, Rusiya şirkəti “Xəzri Solutions” MMC ilə yanaşı, onun rəhbəri Mübariz Hüseynovu da məhkəməyə verib.