Gizli plan üzə çıxdı: Rusiyanın növbəti hədəf ölkəsi…backend

Gizli plan üzə çıxdı: Rusiyanın növbəti hədəf ölkəsi…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya kəşfiyyat xidməti FSB-nin hazırladığı məxfi hesabat üzə çıxıb.

NOCOMMENT.az xəbər verir ki, hesabatda Ukraynadan başqa bir ölkədə sabitliyi pozmaq üçün görüləcək 10 illik fəaliyyət planı deşifrə edilib.

Məlum olub ki, planda bir ölkədə sabitliyi pozmaq üçün rusiyapərəst qrupları dəstəkləmək, pravoslav kilsəsindən istifadə etmək və təbii qazın verilişini kəsmək kimi təfərrüatlı variantlar dəyərləndirilib.

Qeyd olunub ki, sənəd Moldovanın NATO ilə daha sıx əlaqələri və Avropa İttifaqına daxil olmaq ərizəsini özündə əks etdirən Qərbə meylini cilovlamaq üçün hazırlanıb.

Məlumata görə, sənəddə Moldovanın NATO-ya daxil olmasının qarşısının alınmasının vacibliyinə də tez-tez toxunulub.

NOCOMMENT.AZ