Pekində genişmiqyaslı parad keçirən Çin təkcə hərbi qüdrətini deyil, həm də artan diplomatik nüfuzunu dünyaya nümayiş etdirdi.
NOCOMMENT.az xəbər verir ki, Kanadanın “The Globe and Mail” qəzeti belə bir fikirdədir.
Qəzet yazır: “Çinin lideri Si Tsinpin çərşənbə günü Pekində İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünü möhtəşəm hərbi qüdrət nümayişi ilə qeyd edən Çin silahlı qüvvələrinin kütləvi paradını izləyib”. “The Globe and Mail” yazır ki, paradda Çinin “dünyanın ən qabaqcıl döyüş qüvvəsinə” çevrilmək istədiyi bir vaxtda Çinin ən son silahları, o cümlədən özünün hərbi-sənaye kompleksi tərəfindən istehsal olunan qabaqcıl raket sistemləri, tanklar və təyyarələr nümayiş etdirilib.
Qəzet hesab edir ki, “Hərbi qüdrət nümayişi ilə yanaşı, çərşənbə günü keçirilən tədbir həm də ABŞ-ın təzyiqi ilə üzləşən Çinin diplomatik nüfuzunun bariz nümayişini təmin etdi, bu ölkə prezident Donald Trampın dövründə nəhəng tariflər tətbiq etməklə və ticarət tərəfdaşlarına təzyiq etməklə Pekini təcrid etməyə çalışıb”. Nəşr vurğulayır ki, paradda 20-dən çox dünya lideri, o cümlədən Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In iştirak edib.
Çin Xalq Azadlıq Ordusu Yaponiya təcavüzünə qarşı Çin Xalq Müqavimət Müharibəsində və Ümumdünya Antifaşist Müharibəsində Qələbənin 80 illiyi münasibətilə Tiananmen meydanında genişmiqyaslı hərbi parad keçirib. Tədbirdə Si Cinpin, Putin, digər 24 ölkənin dövlət və hökumət başçıları iştirak ediblər.