Gömrük Hospitalının 1 milyon manatlıq tenderi dayandırıldıbackend

Gömrük Hospitalının 1 milyon manatlıq tenderi dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı antibakterial preparatların satın alınması ilə bağlı keçirdiyi tenderi ləğv edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan məbləği 1.091.614,21 manat təşkil edib.

Tenderin ləğv edilməsinə səbəb olaraq göstərilib ki, “satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub.”

Bu səbəbdən satınalma “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən ləğv edilib.