Gömrük Komitəsinin Mərkəzi Hospitalında camaşır qurutma avadanlığına aid tender ləğv edildibackend

Gömrük Komitəsinin Mərkəzi Hospitalında camaşır qurutma avadanlığına aid tender ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı tərəfindən camaşır qurutma avadanlığının və əlaqədar quraşdırılma işlərinin satın alınması ilə bağlı elan olunmuş tender qanunvericiliyə uyğun olaraq ləğv edilib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 15,425.75 AZN təşkil edirdi.

Ləğv edilməyə səbəb kimi “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununun 36.1.1-ci maddəsi göstərilib. Həmin maddəyə əsasən, tenderdə iştirak etmək üçün təklif və təminat təqdim etmiş, habelə tələb olunduqda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğuna görə, satınalma proseduru baş tutmamış hesab edilib.

Bu qərar satınalmaların şəffaflıq və rəqabət prinsipləri əsasında həyata keçirilməsini təmin etmək məqsədilə qəbul olunub.