Gömrükçülər aztəminatlı ailələrə yardım aksiyalarını davam etdiriblər – FOTObackend

Gömrükçülər aztəminatlı ailələrə yardım aksiyalarını davam etdiriblər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mazımçay” gömrük postunun əməkdaşları aztəminatlı ailələrə yardım ediblər.

NOCOMMENT.az xəbər verir ki, xüsusi karantin rejimi dövründə Dövlət Gömrük Komitəsi tərəfindən aztəminatlı ailələrə dəstək tədbirləri davam etdirilir.

Qərb Ərazi Baş Gömrük İdarəsinin”Mazımçay” gömrük postunun əməkdaşları 50 aztəminatlı ailəyə və yaşı 65-dən yuxarı olan şəxslərə baş çəkərək onlara gündəlik qida məhsullarından ibarət ərzaq sovqatı paylayıb, ailələrlə profilaktik söhbətlər aparıb, xüsusi karantin rejimi dövründə evdə qalmalarını tövsiyə ediblər.

Ailələr isə öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə Dövlət Gömrük Komitəsinin kollektivinə innətdarlıqlarını bildiriblər.